Azərbaycanda universitet müəllimi vəfat etdi - FOTO
- 12.04.2023, 11:22,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti vəfat edib.
Bu barədə Telexeber.az-a Universitetdən məlumat verilib.
Bildirilib ki, maliyyə və audit kafedrasının dosenti Cəmaləddin Zərbəliyev vəfat edib.
Qeyd edək ki, Cəmaləddin Zərbəliyev 1947-ci ildə anadan oub. 1966-1970-ci illərdə UNEC-i Mühasibat uçotu, nəzarət və təsərrüfat fəaliyyətinin təhlili ixtisası üzrə bitirib. Həmin ildən universitetdə laborant kimi işə qəbul olunub, 1973-cü ildən müəllimlik fəaliyyətinə başlayıb. 2005-2020-ci illərdə Uçot-iqtisad fakültəsinin (indiki Maliyyə və mühasibat) dekan müavini olub.

Allah rəhmət eləsin.