Bakıda avtobusdan enən məktəbli qızı maşın belə vurdu - VİDEO

Bakıda avtobusdan enən şagirdi avtomobil vurub.

Telexeber.az Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, Parlament prospektində baş verib.

Minik avtomobili dayanmış avtobusu sağdan ötməyə çalışıb. Bu zaman avtobusdan düşən məktəbli qızı vurub.

Xəsarət alan Elm və Təhsil Nazirliyinin İncəsənət Gimnaziyasının 7-ci sinif şagirdi Nərmin İmanzadə Kliniki Tibbi Mərkəzin Təcili təxirəsalınmaz tibbi yardım şöbəsinə yerləşdirilib.

Valideyninin razılığı ilə məktəblinin də fikirlərini öyrəndik.

Minik avtomobilinin sürücüsü isə kamera qarşısında müsahibədən imtina etdi.

O, şifahi olaraq bildirdi ki, avtobus dayanacaqdan kənarda saxlayıb və nəticədə belə hadisə baş verib.

''Baku Bus'' MMC-nin hüquq müdafiəçisi Rüstəm Cəfərov isə bu iddianın əsassız olduğunu qeyd etdi.

Rüstəm Cəfərov əlavə etdi ki, hər hansı sürücü dayanacaqdan kənarda saxlamağa cəhd etsə, bununla bağlı müvafiq tədbirlər görülür.

Faktla bağlı Səbail rayon polis idarəsinin istintaq şöbəsində araşdırma aparılır.
Популярный ролик