Beyləqanda ağır qəza: İki nəfər öldü
- 03.07.2023, 09:01,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Beyləqan rayonunda (Beyləqan-Daşburun avtomobil yolunun 11-ci kilometrliyi) yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən Telexeber.az-a bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Daewoo” markalı minik avtomobili yol kənarındakı avtobus dayanacağına çırpılıb, 2 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən tədbirlər nəticəsində 2 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.