Sədərək rayonunda taxıl sahəsində baş verən yanğın söndürüldü - FOTO
- 17.07.2023, 09:35,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sədərək rayonunun Dəmirçi kəndi yaxınlığında taxıl sahəsində yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən Telexeber.az-a bildirilib ki, dərhal əraziyə Sədərək Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində biçilmiş taxıl sahəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən ətraf əkin sahələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində təxminən 0,5 hektar biçilmiş taxıl sahəsi yanıb. Ətrafdakı taxıl sahələri yanğından mühafizə olunub.