Bakıda 7 nəfər liftdə qaldı - FHN hərəkətə keçdi
- 17.07.2023, 09:46,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərində beş halda liftdə köməksiz vəziyyətdə qalma hadisəsi barədə məlumat daxil olub.
FHN-dən Telexeber.az-a bildirilib ki, məlumatla əlaqədar nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 7 nəfərə müvafiq köməklik göstərilib.