Bakıda bu qadın axtarılır - FOTO
- 17.07.2023, 09:53,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

1986-cı il təvəllüdlü Musayeva Pərvanə Qadir qızının itkin düşməsi barədə Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə onun yaxınları tərəfindən müraciət edilib.
Bu barədə Telexeber.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Pərvanə Musayeva evdən çıxarkən əynində qara rəngli şalvar, çəhrayı rəngli köynək olub. Boyu 160-sm, saçlarının və gözlərinin rəngi qaradır. Ruhi əsəb xəstəsidir və əvvəllər də dəfələrlə evdən xəbərsiz çıxaraq itkin düşüb.