Bakıda və Gəncədə kafelər yandı
- 15.12.2019, 12:43,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Bakıda və Gəncədə kafelərdə yanğın olub.
FHN-dən Telexeber.az-a verilən məlumata görə, hadisələrdən biri Gəncə şəhərinin Nizami rayonunda baş verib.
Belə ki, dördmərtəbəli yaşayış binasının zirzəmisində ümumi sahəsi 110 m² olan kafenin mətbəxində lambirindən ibarət tavan 10 m² sahədə və 2 ədəd məişət avadanlığı yanıb.
Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Digər hadisə isə Bakı şəhərinin Binəqədi rayonunda qeydə alınıb.
Beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 80 m² olan taxta üzlükdən ibarət kafenin mətbəxinin lambirindən ibarət tavanı 5 m² sahədə və 1 ədəd məişət avadanlığı yanıb.
Kafenin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.