DİN bir ailədən 3 nəfərin öldüyü hadisə ilə bağlı məlumat yaydı

DİN bir ailədən 3 nəfərin öldüyü hadisə ilə bağlı məlumat yaydıDaxili İşlər Nazirliyi Salyanda baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Telexeber.az nazirliyə istinadən xəbər verir ki, dekabrın 21-də saat 16 radələrində Salyan şəhəri ərazisində Şirvan şəhər sakini Təranə Hacıyeva idarə etdiyi "Mitsubishi" markalı avtomobili aşırıb. Nəticədə sürücü və sərnişinləri olan oğlu Ələsgər, qızı Şükriyyə və Salyan şəhər sakini olan qohumu Zenfira Məmmədova xəstəxanaya yerləşdiriliblər. Z.Məmmədova, T.Hacıyeva və Ələsgər orada ölüb.


Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Популярный ролик