Yasamalda mənzildən kişi meyiti tapıldı
- 25.12.2019, 19:12,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Yasamalda mənzildən 59 yaşlı kişi meyiti tapılıb.
Fövqəladə Hallar Nazirliyindən Telexeber.az-a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1960-cı il təvəllüdlü Susayev Arif Məzahir oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.