Bakıda qadın küçədə boşandığı əri tərəfindən öldürüldü
- 14.02.2024, 08:37,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Fevralın 13-də saat 17:30 radələrində paytaxtın Nərimanov rayonunda küçələrin birində İbrahimova Sevinc Rəfail qızının kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətindən Telexeber.az-a bildirilib ki, cinayət əməlini tötətməkdə şübhəli bilinən qadının keçmiş həyat yoldaşı 1985-ci il təvəllüdlü Quliyev Rövşən Eldar oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.
Araşdırma aparılır.