Bakıda yeniyetmə parkda qan tökdü
- 18.03.2024, 08:27,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Bakıda kütləvi dava olub.
Telexeber.az lent.az-a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində, Bakı Konqres Mərkəzinin parkında baş verib. Burada üç-dörd yeniyetmə arasında naməlum səbəbdən münaqişə yaranıb.
Münaqişə zamanı dava iştirakçılarından biri digərini bıçaqlayıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq silah və silah qismində istifadə olunan əşyalardan törədildikdə) maddəsilə cinayət işi açılıb. Hadisəni törədən yeniyetmə barəsində polisin nəzarəti altına vermə haqqında iltizam tədbiri seçilib.
Məhkəmə istintaqı davam edir.