Abşeronda ağır qəza - Ölənlər var
- 01.06.2024, 09:04,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Abşeron rayonunun Saray qəsəbəsində iki nəfərin ölümü ilə nəticələnən yol qəzası olub.
Telexeber.az xəbər verir ki, "KamAZ" markalı yük maşını ilə "Daewoo" markalı minik avtomobili toqquşub.
DİN-in Baş Dövlət Yol Polis İdarəsinin inspektoru, polis leytenantı Elvin Hacıyev APA-nın sorğusuna cavab olaraq bildirib ki, hadisə saat 15:50 radələrində Saray qəbirstanlığının qarşısında qeydə alınıb.
"Daewoo Gentra" markalı, 10-KY-967 dövlət qeydiyyat nişanlı minik avtomobili idarəetməni itirərək əks istiqamətdən gələn "KamAZ" markalı, 99-JR-925 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü və sərnişini hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır, müvafiq ekspertizalar təyin edilib.