Bakıda mağazadan mobil telefonlar oğurlayan şəxs saxlanıldı
- 23.03.2020, 20:27,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Nəsimi rayonu ərazisindəki 2 mağazadan mobil telefonları oğurlamaqda şübhəli bilinən qrupun üzvü saxlanılıb.
Telexeber.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 10-da rayon ərazisindəki 2 mağazadan ümumilikdə 6650 manat dəyərində 14 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən qrupun üzvü - Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş N.İsmayılov saxlanılıb.