Faciəvi şəkildə ölən 6-cı sinif şagirdinin FOTOSU

Qusarda ağır yol-nəqliyyat hadisəsində həyatını itirən məktəblinin fotosu yayılıb.

Telexeber.az xəbər verir ki, bu barədə onun oxuduğu məktəb məlumat yayıb.

Qəzada vəfat edən 2012-ci il təvəllüdlü Ruslan Lamran oğlu Xamədov Qusar şəhər E.Güləliyev adına 2 saylı orta məktəbin 6-cı sinif şagirdi olub.

Bildirilib ki, BMW markalı avtomobil velosipedlə hərəkətdə olan R.Xamədovu vurub. Ağır xəsarətlər alan yeniyetmə hadisə yerində vəfat edib. Qəza zamanı sürücünün idarəetməsindən çıxan avtomobil daha sonra aşıb.

Faktla bağlı Qusar RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.
Популярный ролик