Bakıda 27 yaşlı kişi qətlə yetirildi
- 20.06.2024, 09:19,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Bakıda 27 yaşlı kişi qətlə yetirilib, şübhəli saxlanılıb.
Telexeber.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, iyunun 19-da paytaxtın Xəzər rayonunun Mərdəkan qəsəbəsində 1997-ci il təvəllüdlü Talıbov Adil Xəyal oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Cinayət əməlini törətməkdə şübhəli bilinən, 1999-cu il təvvəllüdlü Süleymanlı Mətləb Müşfiq oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.
İlkin məlumata görə hadisə şəxsi münasibətlər zəminində baş verib, aaşdırma aparılır.