Novxanıda partlayış: Dağıntılar altından 2 nəfər çıxarıldı
- 03.12.2024, 14:19,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndində fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən Telexeber.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Axtarış-xilasetmə tədbirləri nəticəsində dağıntı altından iki nəfər sağ çıxarılaraq xilas edilib.

