Qubada dəhşətli qəza - 1 ölü, 3 yaralı
- 16.12.2024, 10:59,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Quba rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.
Telexeber.az report-a istinadla xəbər verir ki, “Lexus” markalı minik avtomobili rayonun Üçgün kəndi ərazisində idarəetməni itirərək dərəyə aşıb.
Hadisə nəticəsində sürücü, Xaçmaz rayon sakini 1979-cu il təvəllüdlü Orucov Şamil Zehyeddin oğlu ölüb, onun sərnişinləri - 1985- ci il təvəllüdlü Orucov Faiq Teymur oğlu, 1978-ci il təvəllüdlu Dəmirov Ratiq Rafiq oğlu və 1977-ci il təvəllüdlü Abdullayev Ceyhun Fərhad oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.
Hadisə ilə bağlı araşdırma aparılır.