Keçmiş məmurlar 1 milyonluq yeyintiyə görə məsuliyyətə cəlb edildi
- 30.12.2024, 11:16,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və eyni idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri Eldəniz Qulamov cinayət məsuliyyətinə cəlb ediliblər.
Telexeber.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, sabiq vəzifəlilər 1 milyon manata yaxın dövlət vəsaitinin mənimsənilməsində ittiham edilir.
Cinayət işinin istintaqı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb.
Onlara qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham elan edilib.
R.Abbasov və E.Qulamov həbsdə deyil, hər ikisi haqda məhkəməyə qədər alternativ qətimkan tədbiri seçilib.
Fakt Baş Prokurorluğun Mətbuat Xidmətindən təsdiqlənib.