Azərbaycanlı iş adamı öldürüldü - FOTO
- 12.02.2025, 13:39,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Azərbaycanlı gənc iş adamı, Masallının Şatıroba kənd sakini Allahqulu Əlihüseyn oğlu Səfərov Rusiyanın Surqut şəhərində 120 bıçaq zərbəsiylə qətlə yetirilib. O, uzun müddətdir Rusiyada yaşayırdı. Hadisəni 3 nəfər - İbrahim Məmmədli, Fərman Kərimzadə, Emil Əhmədov birgə törədib. Cinayətkarlar 2000-2001-ci il təvəllüdlü Azərbaycan vətəndaşları olub.
Telexeber.az axar.az-a istinadən bildirir ki, atası ƏliHüseyn Səfərovun sözlərinə görə oğlunun 35 yaşı olub. Bir qız atası olan mərhum ailəli olub.
Allahqulu hadisəni törədən 3 nəfərlə idman zalında tanış olub. Hadisə pul üstündə baş verib.