Tərtərdə ağır qəza - Ölən və yaralananlar var

Tərtərdə "VAZ-2107" və "VAZ-21011" markalı minik avtomobillərinin toqquşması nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.

Telexeber.az xəbər verir ki, hadisə Tərtər şəhəri ərazisində qeydə alınıb.

Belə ki, qəza zamanı Bərdə rayon sakini 2001-ci il təvəllüdlü Yaqub İsbəndiyarov ölüb. Tərtər rayon sakini, 2003-cü il təvəllüdlü Emil Ağayev, Ağdam rayon sakini 1995-ci il təvəllüdlü Cəsarət Abışov və Ağdam rayon Orta Qərvənd kənd sakini, 2003-cü il təvəllüdlü Ümid Xıdırov isə yaralanıb.

Yaralılar Tərtər rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində araşdırma aparılır.
Популярный ролик