Xaçmazda itkin düşən yeniyetmə bu şəhərdə tapıldı - YENİLƏNİB

Xaçmaz rayonunda itkin düşmüş kimi axtarışa elan olunan məktəbli polis əməkdaşları tərəfindən Gəncə şəhərində tapılıb.

Bu barədə Telexeber.az-a DİN-nin Mətbuat Xidmətindən bildirilib.


Araşdırma aparılır.

12-Apr, 23:09

Xaçmaz rayon sakini, 13 yaşlı Musayeva Sevinc Bəhram qızı bu gün səhər saat 08:30 radələrində repetiror yanına getmək adı ilə yaşadığı evdən çıxıb və geri dönməyib.

DİN-nin Mətbuat Xidmətinin Quba Regional qrupundan Telexeber.az-a bildirilib ki, onun barəsində axtarış elan olunub və tapılması istiqamətində polis əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.

Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102” - Xidməti Zəng Mərkəzinə, həmçinin Xaçmaz Rayon Polis Şöbəsinin (2332) 5-53-56 şəhər nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.
Популярный ролик