Oğuzda çaqqal 56 yaşlı kişiyə xəsarət yetirdi
- 30.04.2025, 09:42,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Oğuzda çaqqal 56 yaşlı kişiyə hücum edib.
Telexeber.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Xalxalqışlaq kəndində baş verib.
Kənd sakini 1969-cu il təvəllüdlü Nakam Muradov axşam saatlarında çaqqalın hücumuna məruz qalıb. Çaqqal onun ayağına xəsarət yetirib. N.Muradova Oğuz Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərilib, vaksin vurulub.