Cinayətdə şübhəli bilinən 10 nəfər saxlanıldı
- 03.07.2025, 12:31,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

İyulun 2-də ölkə ərazisində qeydə alınan 19, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Bu barədə Telexeber.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Axtarışda olduğuna görə ümumilikdə 15, o cümlədən borclu şəxs qismində axtarışda olan 13 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 10 nəfər saxlanılıb.