Günün dördüncü boğulma hadisəsi - Bu dəfə Kürdə
- 21.07.2025, 10:39,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Kür çayının Yevlax şəhərindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Bu haqda Telexeber.az-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Əlavə məlumat veriləcək.
Qeyd edək ki, bu gün Novxanıda 2 nəfərin, Sumqayıtda daha bir nəfərin boğulma faktı qeydə alınıb.