“Koroğlu” körpüsündə yol qəzası baş verdi

Bakının Heydər Əliyev prospektindəki “Koroğlu” körpüsünün üzərində yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Telexeber.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Qəza səbəbindən mərkəz istiqamətində nəqliyyat sıxlığı yaranıb.

Polis əməkdaşları hadisə yerindədir, evakuator cəlb olunaraq yolun hərəkət hissəsinə aşan nəqliyyat vasitəsinin yoldan kənarlaşdırılması, eləcə də sıxlığın aradan qaldırılması üçün işlər görülür
Популярный ролик