Cinayətdə şübhəli bilinən 42 nəfər saxlanıldı
- 09.08.2025, 14:28,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Avqustun 8-də ölkə ərazisində qeydə alınan 43, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
DİN-in Mətbuat Xidmətindən Telexeber.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 93, o cümlədən borclu şəxs qismində axtarışda olan 73 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 19, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb.