Ağdamda 2 ton çətənə bitkisi məhv edildi
- 16.08.2025, 10:57,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Ağdamda 2 ton yabanı çətənə bitkisi məhv edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Telexeber.az-a verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən "Xaş-xaş 2025" planına uyğun olaraq tədbir keçiriblər.
Tədbir zamanı Xaçındərbənd kəndi ərazisində yabanı halda bitən çəkisi 2 ton olan 1560 ədəd çətənə bitkisi toplanılaraq yandırılıb.