Bakı-Qazax yolunda ağır qəza - Ölənlər var
- 03.11.2025, 08:56,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Göygöldə minik maşını aşıb, 2 nəfər ölüb,2 nəfər yaralanıb.
Telexeber.az unikal.az-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində baş verib.
Hərəkətdə olan "Mercedes" markalı minik maşını idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza zamanı 2 nəfər hadisə yerində ölüb, 2 nəfər isə ağır yaralanıb.
Ölən və xəsarət alanların kimliyi dəqiqləşdirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.