Yanğında ölən azyaşlı bu vəkilin övladı imiş - FOTO
- 23.11.2025, 11:47,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Ötən gün Yasamalda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı həyatını itirənlərdən biri tanınmış vəkilin övladı imiş.
Telexeber.az E-huquq.az-a istinadən xəbər verir ki, yanğın zamanı həlak olan 2018-ci il təvəllüdlü Arzu Qəmbərli Vəkillər Kollegiyasının üzvü Əli Qəmbərovun qızıdır.
Onun 2015-ci il təvəllüdlü qızı və həyat yoldaşı isə tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdiriliblər.
Allah rəhmət eləsin!
Qeyd edək ki, hadisə zamanı 3 nəfər ölüb, 20-dən çox şəxs tüstüdən zəhərlənərək xəstəxanaya aparılıb.
Faktla bağlı cinayət işi başlanıb.