Qanunsuz saxlanılan silah-sursat aşkarlandı
- 01.01.2026, 13:21,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunub.
Telexeber.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Dekabrın 31-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 1 tapança, 87 tüfəng, 11 patron darağı və 44 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.