Cinayət törədən 60 nəfər saxlanıldı
- 28.01.2026, 11:43,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Yanvarın 27-də ölkə ərazisində qeydə alınan 73, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Telexeber.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb
Axtarışda olduğuna görə ümumilikdə 118, o cümlədən borclu şəxs qismində axtarışda olan 91 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 36, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 23 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb.