Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

İrandan Azərbaycana narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.

Telexeber.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, DSX-nın Sərhəd Qoşunları Komandanlığının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində 9 kiloqram 860 qram narkotik vasitə marixuananınİran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat-qoşun tədbirləri nəticəsində əraziyə narkotik vasitəni götürmək məqsədilə gələn Bakı şəhər sakinləri – 1991-ci təvəllüdlü Hüseyinov Şəhriyar Səlim oğlu və 2001-ci il təvəllüdlü Əliyev Səttar Niyazi oğlu cinayət məsuliyyətinə cəlb olunublar.
Популярный ролик