Oğuzda ağır qəza - Yaralılar var
- 24.02.2026, 13:54,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Oğuz rayonunda avtomobil işıq dirəyinə çırpılıb, üç nəfər xəsarət alıb.
Telexeber.az Report-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında Qaraməryəm-İsmayıllı -Şəki avtomobil yolunun Oğuz rayonunun Bayan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
"VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq işıq dirəyinə çırpılıb. Nəticədə sürücü, 23 yaşlı Səddam Allahverdiyev, sərnişinlər - 24 yaşlı Cəmil Şərifli və 25 yaşlı Okan Həmidli müxtəlif dərəcəli xəsarətlər alıblar.
Faktla bağlı araşdırma aparılır.