Avtobus zolağında hərəkət edən sürücü saxlanıldı
- 13.03.2026, 16:35,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Sosial şəbəkələrdə paylaşılan və paytaxt ərazisində avtobus zolağında hərəkət edən “Ferrari” markalı avtomobillə bağlı görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.
Telexeber.az xəbər verir ki, bu barədə DYP məlumat yayıb.
Qeyd olunub ki, aparılan araşdırmalar nəticəsində həmin nəqliyyat vasitəsi saxlanılaraq duracağa yerləşdirilib.
Araşdırmalarla müəyyən olunub ki, görüntülər ötən il çəkilib.
Sürücü barəsində qanunvericiliyə uyğun olaraq müvafiq məsuliyyət tədbirləri görülüb.