Tanınmış həkim vəfat etdi - FOTO
- 15.03.2026, 10:15,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Şamaxıda tanınmış həkim vəfat edib.
Telexeber.az Oxu.az-a istinadən xəbər verir ki, Şamaxı Rayon Mərkəzi Xəstəxanasında uzun illər həkim-terapevt kimi fəaliyyət göstərmiş Bəxtiyar Abbasov dünyasını dəyişib.
Qeyd edək ki, Bəxtiyar Abbasov 1998-2006-cı illərdə Şamaxı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində də fəaliyyət göstərib.
Daha sonra Yeni Azərbaycan Partiyasının Şamaxı Rayon Təşkilatının sədri kimi ictimai-siyasi fəaliyyətdə iştirak edib. 2009-2019-cu illərdə isə Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsində çalışıb.