Ağır qəza oldu - Ölən var
- 20.03.2026, 10:43,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Telexeber.az Report-a istinadən xəbər verir ki, hadisə "Yaşma bağları" adlanan yaşayış massivində qeydə alınıb. Belə ki, "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
Qəza nəticəsində sürücü, 1969-cu il təvəllüdlü Davud Fərhad oğlu Bazşıyev ağır xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.