Salyanda öldürdüyü qadını kanala atan şəxs saxlanıldı

Salyanda öldürdüyü qadını kanala atan şəxs saxlanıldıMayın 26-da Salyan rayonunun Yenikənd kəndi ərazisindən keçən su kanalından baş nahiyəsində (küt alətlə) xəsarəti olan 45-50 yaşlı qadın meyiti tapılması ilə barədə daxil olmuş məlumatla əlaqədar dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Telexeber.az xəbər verir ki, DİN mətbuat xidmətindən verilən məlumata görə, faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Araşdırmalarlameyitin Saatlı rayon sakini Şəhla İbrahimova olması müəyyən edilib.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Yenikənd kənd sakini, əvvəllər məhkum olunmuş R. Dadaşov tutulub.
Популярный ролик