Gəncədə keçmiş məhkum saxlanıldı - FOTO

Gəncə şəhərində yerləşən dəri sexlərindən birinə naməlum şəxs və ya şəxslərin daxil olaraq oradakı elektrik mühərriklərinin mis sarğılarını, ümumi dəyəri 2000 manat olan əşyaları oğurlaması barədə polisə məlumat daxil olub.

Telexeber.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb

Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Murad Hüseynov saxlanılıb.

Dindirilmə zamanı M. Hüseynov törətdiyi cinayət əməlini etiraf edərək oğurladığı naqilləri metal qəbulu məntəqələrindən birinə satdığını bildirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.
Популярный ролик