Bakıda qəzada ölən müəllimə imiş - FOTO

Yasamal rayonu Kənar Dairəvi yolda baş verən qəzada həyatını itirən şəxsin kimliyi bəlli olub.

Telexeber.az oxu.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində vəfat edən İlhamə Kamranova müəllimə olaraq çalışıb.

Belə ki, o, Beyləqan şəhəri Mehdi Mehdizadə adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində fəaliyyət göstərirmiş.

Qeyd edək ki, paytaxtın Yasamal rayonu, Kənar Dairəvi yolda ağır avtomobil qəzası baş verib. Hadisə nəticəsində bir nəfər ölüb, üç nəfər xəsarət alıb.
Популярный ролик