"Prius" lokomotivlə toqquşdu - FOTO
- 29.04.2026, 13:10,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Bu gün saat 09:15 radələrində Xaçmaz-Çarxı sahəsində "Prius" markalı minik avtomobili dəmiryol keçidindən istifadə qaydalarını pozub, nəticədə həmin sahədə hərəkətdə olan lokomotivlə toqquşub.
Telexeber.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) bildirilib.
Qeyd edilib ki, bununla bağlı aidiyyəti üzrə araşdırma aparılır:
"ADY bir daha sürücüləri dəmiryol keçidlərindən keçərkən diqqətli olmağa, qaydalara, o cümlədən yol nişanlarının tələblərinə riayət etməyə, yalnız qatara yol verdikdən sonra hərəkəti davam etdirməyə çağırır".