İki yük maşını toqquşdu - Ölən var

Ağdaş rayonunda "Mercedes" markalı yük avtomobili TIR-la toqquşub.

Telexeber.az Report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Ləki qəsəbəsi ərazisindən keçən hissədə qeydə alınıb.

Avtoqəza nəticəsində "Mercedes"in sürücüsü, 36 yaşlı Heydər Hüseyngil hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Популярный ролик