Azərbaycanda zavodda başlayan yanğın söndürüldü - YENİLƏNİB

Gəncədə zavod ərazisində baş verən yanğının qarşısı alınıb.

FHN-dən Telexeber.az verilən xəbərə görə, yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə söndürülüb.

19:32

Gəncədə yanğın hadisəsi baş verib.

Telexeber.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərdə yerləşən Avtomobillərin utilizasiyası zavodunda qeydə alınıb. Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

FHN-dən bildirilib ki, ərazidə olan təkər tullantıları və yarasız avtomobillərin hissələri yanır. Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Популярный ролик