22 yaşlı oğlanın meyiti tapıldı
- 01.06.2026, 14:13,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Bakıda 22 yaşlı oğlan müəmmalı şəraitdə ölüb.
Telexeber.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə mayın 31-i saat 21 radələrində Xəzər rayonu Mərdəkan qəsəbəsi R.Qasımov küçəsində yerləşən mənzillərdən birində baş verib.
Belə ki, evdən 2004-cü il təvəllüdlü M.Ağazadənin üzərində zorakılıq əlamətləri görünməyən meyiti aşkarlanıb.
Onun hansı şəraitdə və hansı səbəbdən öldüyü məlum deyil.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.