Naxçıvanda avtobusla minik maşını toqquşdu - Xəsarət alanlar var
- 03.06.2026, 13:52,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Naxçıvanda sərnişin avtobusu ilə minik avtomobili toqquşub, üç nəfər xəsarət alıb.
Telexeber.az Report-a istinadən xəbər verir ki, hadisə Naxçıvan–Şahbuz magistralının Babək rayonunun Şıxmahmud kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
"Mercedes" markalı minik avtomobili ilə 8 nömrəli sərnişin avtobusunun toqquşması nəticəsində Abbas Rəsul oğlu Abbasov, Bəylər Eldəniz oğlu Vəliyev və Yaqut Elsevər qızı Hənifəyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Onar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
