Sərhədi pozmağa cəhd göstərən əcnəbilər saxlanıldı
- 06.06.2026, 14:01,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

İrandan Azərbaycan istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanılıb.
Telexeber.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.
Bildirilib ki, həmin şəxslər Əfqanıstan vətəndaşları - 1999-cu il təvəllüdlü Amini Del Aqa və 2003-cü il təvəllüdlü Rahimi Nazirgüldür.
Əməliyyat-qoşun tədbirləri DSX Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilib.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.