Avtoxuliqanlıq edən sürücülər saxlanıldı - FOTO
- 13.06.2026, 12:14,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlər zamanı avtoxuliqanlıq edən sürücülər saxlanılıb.
Telexeber.azxəbər verir ki, araşdırmalar zamanı Nihat Rəhimli, Cavidan Sədiyev və Cahid Məmmədovun idarə etdikləri avtomobillərlə yol hərəkəti qaydalarını davamlı olaraq kobud şəkildə pozduqları müəyyən edilib.
Həmin sürücülər barəsində inzibati protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə onların sürücülük hüquqları məhdudlaşdırılıb və barələrində inzibati həbs qərarı çıxarılıb.