Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanıldı
- 23.06.2026, 13:25,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

İyunun 22-də ölkə ərazisində qeydə alınan 50, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Telexeber.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 149, o cümlədən borclu şəxs qismində axtarışda olan 111 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.