Övladını təhlükəli şəkildə daşıyan motosiklet sürücüsü saxlanılıb
- 24.06.2026, 09:44,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Bakıda motosiklet sürücünün azyaşlı övladını təhlükəli şəkildə daşıması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb.
Telexeber.az xəbər verir ki, araşdırmalarla həmin motosikletin 99-R-408 dövlət qeydiyyat nişanlı olduğu və sürücünün 1990-cı il təvəllüdlü şəxs olduğu müəyyən edilib.
Sürücü polis əməkdaşları tərəfindən saxlanılıb.
Onun hərəkətləri ilə bağlı hüquqi məsuliyyət tədbirləri görülür.