Zaqatalada ağır qəza - Ölən və yaralanan var

Zaqatalada ölümlə və xəsarətlə nəticələnən yol qəzası baş verib.

Telexeber.az Report-a istinadən xəbər verir ki, hadisə gecə radələrində Zaqatala şəhəri ərazisində qeydə alınıb.

Belə ki, "Tofaş" və BMW markalı avtomobillər toqquşub. Hadisə nəticəsində "Tofaş"ın sürücüsü, 41 yaşlı Orxan Orucov və BMW-nin sürücüsü, 30 yaşlı Əhməd Camalov xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb. Lakin xəsarətləri ağır olan O.Orucov xəstəxanada ölüb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Популярный ролик