Mikroavtobus qəzaya uğradı - Xəsarət alanlar var

İsmayıllı rayonunda mikroavtobus qəzaya uğrayıb.

Telexeber.az oxu.az-a istinadən xəbər verir ki, hadisə ötən gecə baş verib.

Rayon sakini Səməd Qurbanov "Mercedes Vito" markalı avtomobilə idareəetməni itirib və avtomobil yolun kənarındakı beton maneəyə çırpılıb.

Hadisə nəticəsində avtomobildə olan sərnişinlər - 1988-ci il təvəllüdlü Elman Şıxamirov və 1985-ci il təvəllüdlü Ələddin Turacov ağır xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.
Популярный ролик